23872
12:17
09 Sentyabr 2020

Azərbaycanda daha bir AİLƏ DƏHŞƏTİ: Ata qızına... - VİDEO

Sumqayıtda ögey ata bıçağı qızdıraraq, 11 yaşlı qızının əlinə dağ basıb.

Lent.az -a bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə verib. O bildirib ki, şiddət görən uşaq kömək üçün qonşulara qaçıb:

“Hadisə sentyabrın 7-də Sumqayıt şəhəri Maral göl massivi, İnşaatçılar qəsəbəsində baş verib. Uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb. Bu videonu mənə sosial şəbəkələrdən göndəriblər. Deyilənə görə, atalığın adı Əlidir. Videogörüntülərdə açıq-aşkar görünür ki, atalığı 11 yaşlı uşağın əlini yandırır. Şiddət görən uşaq qaçıb qonşulara sığınıb. Aldığım məlumata görə, DİN-in “102” xidmətinə də qonşular tərəfindən müraciət olunub. Hazırda uşağın anası və atalığı tərəfindən qonşulara qarşı da təzyiqlər var. Əlbəttə uşağın ailəsi hər vəchlə çalışacaq bu məsələni ört-basdır etsin. Şəxsən mən nə örtəcəm, nə də basdıracam”.

Kəmalə Ağazadə Sumqayıt şəhər İcra Hakimiyyətinin müvafiq orqanına bu hadisə ilə bağlı xüsusi tapşırıqların verildiyini bildirib. O, bu barədə belə deyib:

”Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Ombudsman Aparatı hadisə ilə əlaqədar məsələni nəzarətə götürüb. Mənimlə əlaqə saxlayıb bildirdilər ki, faktla bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və uşaq hüquqlarının müdafiəsi komissiyasına lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. DİN Sumqayıt şəhər Polis İdarəsinin ərazi üzrə bölməsinin də ciddi araşdırma aparacağına böyük ümid bəsləyirəm”.

Dİgər xəbərlər