"Yuyucu toz"un içində telefon gətirmək istədi - FOTO
09 sentyabr 2020 19:14 (UTC +04:00)

"Yuyucu toz"un içində telefon gətirmək istədi - FOTO

Azərbaycana qanunsuz yolla mobil telefon gətirilməsinin qarşsıı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, "Astara" gömrük postunda İrandan "yuyucu toz" yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi "Dong Feng" markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı ehtiyat hissələri üçün nəzərdə tutulmuş yeşikdə olan plastmast qabın yandan kəsilərək içərisinə yerləşdirilən 10 ədəd "İPhone 11" markalı mobil telefon aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734

Oxşar yazılar