Qolunu yan şüşədən çıxaran sürücünün qolu sındı
08 sentyabr 2020 22:14 (UTC +04:00)

Qolunu yan şüşədən çıxaran sürücünün qolu sındı

Şəmkir rayonunda sürücünün xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

1982-ci il təvəllüdlü Əliyev Faiq Famil oğlu idarə etdiyi avtomobildə hərəkətdə olan zaman qolunu yan şüşədən şölə çıxarıb. Bu zaman ötmə əməliyyatı edən digər avtomobil F.Əliyevin maşınına sürtülərək hadisə yerindən yayınıb. 

Hadisə nəticəsində 28 yaşlı sürücünün qolu sınıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı yaralıya sol qolunun qırığı diaqnozu qoyulub və əməliyyat edilməsi qərara alınıb. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

# 4651
avatar

Oxşar yazılar