Külli miqdarda siqaret  və dərman ölkəyə buraxılmadı - FOTO
08 sentyabr 2020 17:55 (UTC +04:00)

Külli miqdarda siqaret və dərman ölkəyə buraxılmadı - FOTO

Gürcüstandan gələn "Mercedes-Benz" və "Ford" markalı yük nəqliyyat vasitələri "Qırmızı Körpü" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük komitəsindən Lent.az-a daxil olan xəbərə görə, gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, 3160 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Bundan əlavə, həmin gömrük postunda Gürcüstandan gələn daha bir "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Baxış zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd planşet, 730 ədəd müxtəlif adda dərman preparatları aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608

Oxşar yazılar