Ötən il kursda qalan tələbələrin sayı AÇIQLANDI
08 sentyabr 2020 17:39 (UTC +04:00)

Ötən il kursda qalan tələbələrin sayı AÇIQLANDI

2019-cu ildə təkrar kursda saxlanılan tələbələrin sayı 234 nəfər olub. 

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. 

APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, onlardan 32 nəfəri bakalavriat, 33 nəfəri magistratura, 80 nəfəri tam orta ixtisas bazası, 89 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. Bərpa edilən tələbələrin sayı 3426 nəfər olub, onlardan 1395 nəfəri bakalavriat, 391 nəfəri magistratura, 1195 nəfəri tam orta ixtisas bazası, 445 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib. 

İxtisas dəyişməklə tələbələr sırasına bərpa olunanların sayı 239 nəfər olub, onlardan 124 nəfəri bakalavriat, 5 nəfəri magistratura, 59 nəfəri tam orta ixtisas bazası, 51 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub.

Təhsilalma forması dəyişməklə tələbələr sırasına bərpa olunanların sayı 190 nəfər olub, onlardan 41 nəfəri bakalavriat, 5 nəfəri magistratura, 87 nəfəri tam orta ixtisas bazası, 57 nəfəri isə ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub. 

Dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpa olunanların sayı 129 nəfər olub ki, onlardan da 117 nəfəri bakalavriat, 12 nəfəri magistraturada təhsil alanlardır. Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpa olunanlar 137 nəfər olub, 26 nəfəri bakalavriat, 4 nəfəri magistratura, 41 nəfəri tam orta ixtisas bazası, 66-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2195

Oxşar yazılar