Millətlər Liqasının II turu çərçivəsində keçiriləcək Kipr - Azərbaycan oyununun əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları meydan sahiblərini favorit sayırlar.
Bu gün Nikosiyadakı GSP stadionunda baş tutacaq matçda Kiprin qələbəsi 2,49, Azərbaycanın qalib gəlməsi 3,10 əmsaldır. Matçda heç-heçəyə 3,09 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.