Samuxda zavodun iş otağından silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsi və Dövlət vergi xidmətinin əməkdaşları birgə əməliyyat tədbiri keçiriblər. Nəticədə rayon ərazisindəki zavodların birində iş otağındakı seyfdən “Makarov” markalı tapança, 24 ədəd patron, 2 ədəd patron darağı, “RQD” və “F-1” qumbaraları aşkar edilərək götürülüb.