Gecə klubuna hücum etmiş terrorçuya 1368 il həbs cəzası
07 sentyabr 2020 21:31 (UTC +04:00)

Gecə klubuna hücum etmiş terrorçuya 1368 il həbs cəzası

 

Türkiyədə terror faktı törədən şəxsə hökm oxunub.

APA “Anadolu”ya istinadən xəbər verir ki, 2017-ci il yanvarın 1-də İstanbulda gecə klubuna hücum edən Abdulqadir Maşaripov 40 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.

Belə ki, Türkiyə məhkəməsi A.Maşaripovu ümumilikdə 1368 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, yeni il ərəfəsində İstanbuldakı “Reina” gecə klubunda törədilmiş terror hücumu nəticəsində ümumilikdə 39 nəfər ölmüş, 70 nəfər yaralanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2606

Oxşar yazılar