Telefonunuza belə mesaj gəlirsə, ehtiyatlı olun! YENİ FIRILDAQ - FOTO
07 sentyabr 2020 18:57 (UTC +04:00)

Telefonunuza belə mesaj gəlirsə, ehtiyatlı olun! YENİ FIRILDAQ - FOTO

Son zamanlar dələduzların yeni forması ortaya çıxıb.

Lent.az xəbər verir ki, Firudin Süleyman adlı sosial şəbəkə istifadəçisi telefonuna naməlum şəxsdən zəng gəldiyini və guya nömrəsinə 10 manatlıq kontur yüklədiyini deyib. Daha sonra həmin şəxs “yüklədiyi” konturun pulunu geri istəyib.

F.Süleyman nömrəsinin şirkətə məxsus olduğunu və buna görə də kontur yükləmə olmadığını, həmçinin kontur yükləmə barədə hər hansı bildiriş gəlmədiyini bildirib. Bundan sonra qarşı tərəf öz nömrəsindən kontur yüklənməsi ilə bağlı “bildiriş” göndərib.

F.Süleyman məlumatı paylaşaraq hər kəsi ehtiyatlı olmağa və belə dələduzlara inanmamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6265

Oxşar yazılar