Məktəbdə yıxılan qız ağır xəsarət alıb - TƏBİB
07 sentyabr 2020 16:34 (UTC +04:00)

Məktəbdə yıxılan qız ağır xəsarət alıb - TƏBİB

"Bakıda məktəbin 3-cü mərtəbəsindən yıxılan IX sinif şagirdinin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir".

Bunu Lent.az-a TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, məktəbliyə qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, bu gün Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

 

# 2512
avatar

Oxşar yazılar