Avtoxuliqanlıq edənlər tutuldu - FOTO
07 sentyabr 2020 15:39 (UTC +04:00)

Avtoxuliqanlıq edənlər tutuldu - FOTO

Şəmkir rayon sakinləri, Tural Rüstəmli, İlkin Əhmədzadə, Hüseyn Tağıyev, Azər Bəhlulzadə və Fikrət Bağırov əvvəlcədən planlaşdıraraq, qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobil karvanı ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirdikləri məlum olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, saxlanılan şəxslər barəsində Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1937

Oxşar yazılar