Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak etdi - FOTO
06 sentyabr 2020 00:53 (UTC +04:00)

Müdafiə naziri “BOO - 2020” yarışlarının bağlanış mərasimində iştirak etdi - FOTO

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600

Oxşar yazılar