Berlin və Varşava arasında Navalnı işi ilə bağlı səs yazısı yayıldı - VİDEO
05 sentyabr 2020 05:16 (UTC +04:00)

Berlin və Varşava arasında Navalnı işi ilə bağlı səs yazısı yayıldı - VİDEO

Belarusun dövlətə məxsus mətbuatı Berlin və Varşava arasında Aleksey Navalnı ilə bağlı danışıqların səs yazısını yayımlayıb.

APA RİA Novosti-yə istinadən dialoqun stenoqramını təqdim edir.

- Salam, sabahın xeyir, Nik. İşlərimiz necə gedir?

- Hər şey plana uyğundur. Navalnı ilə bağlı materiallar hazırdır. Kanslerin ofisinə göndəriləcək. Onun cavabını gözləyirik.

- Zəhərlənmə dəqiq təsdiqlənir? “Bax Mayk, bu, o qədər də vacib deyil. Müharibə gedir. Müharibə zamanı hər cür üsul yaxşıdır.

- Razıyam. Putinin burnunu Belarus işlərinə soxmasından çəkindirmək lazımdır. Ən təsirli yol onun başını Rusiyanın problemlərinə qarışdırmaqdır. Üstəlik, yaxın gələcəkdə Rusiyada seçkilər olacaq.

- Bu bizim etdiyimiz şeydir. Belarusda işiniz necədir?

- Düzünü deyim, yaxşı deyil. Prezident Lukaşenko qırılmayan qoz olub. Peşəkar və mütəşəkkildir. Rusiyanın onlara dəstək verdiyi aydındır. Məmurlar və hərbçilər prezidentə sadiqdirlər. Hələlik işləyərik. Qalanlarını görüşəndə danışarıq, telefon söhbəti deyil.

- Bəli, başa düşürəm. Görüşərik, sağol.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2966

Oxşar yazılar