Külli miqdarda dərman Azərbaycana buraxılmadı - FOTO
04 sentyabr 2020 16:55 (UTC +04:00)

Külli miqdarda dərman Azərbaycana buraxılmadı - FOTO

2 fakt üzrə dərman preparatlarının, avtomobil ehtiyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a daxil olan xəbərə görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizlin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2138

Oxşar yazılar