Milan “İnter” klubu “Parma”nın və İtaliya millisinin müdafiəçisi Matteo Darmianın transferini razılaşdırıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya klubu 30 yaşlı futbolçu üçün 2 milyon avro ödəyəcək.
Darmian 2015-ci ildən 2019-cu ilədək İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edib, sonra “Parma”ya keçib və burada 33 oyunda meydana çıxıb.
Müdafiəçi İtaliya millisində 36 oyun keçirib.