Koronavirusdan ən çox tibb işçisi bu ölkədə ölüb
03 sentyabr 2020 19:03 (UTC +04:00)

Koronavirusdan ən çox tibb işçisi bu ölkədə ölüb

Meksika koronavirusdan ölən səhiyyə işçilərinin sayına görə digər ölkələri qabaqlayır.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Amnesty International"ın hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, pandemiya başlayandan bəri Meksikada 1320 səhiyyə işçisi bu infeksiyaya yoluxaraq vəfat edib.

ABŞ-da 1077, Britaniyada 649, Braziliyada isə 634 səhiyyə işçisi koronavirusdan ölüb.

Təşkilatın yaydığı hesabata görə, COVID-19 pandemiyası yayıldığı gündən indiyədək ümumilikdə dünyada 7000-dən çox səhiyyə işçisi həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2254

Oxşar yazılar