Yol polisindən tibbi çantalarla bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO
03 sentyabr 2020 18:04 (UTC +04:00)

Yol polisindən tibbi çantalarla bağlı sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini xatırladıb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a açıqlamasında qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

“Bu, "Yol hərəkəti haqqında" qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat  cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5417

Oxşar yazılar