3647
19:59
03 Sentyabr 2020

Bal arısının zəhəri xərçəngin bu növünün hüceyrələrini məhv edir- ARAŞDIRMA


Bal arısının zəhəri süd vəzi xərçəngi hüceyrələrini məhv etmək qabiliyyətinə malikdir.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, Avstraliyada laboratoriya şəraitində aparılan tədqiqat zamanı bal arısının zəhərinin aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyi aşkar edilib.

Avstraliyadakı Harry Perkins Tibbi Araşdırmalar İnstitutu tərəfindən aparılan araşdırmanın nəticələri “Nature Precision Oncology” jurnalında dərc olunub. Tədqiqat çərçivəsində 300-dən çox bal və yabanı arının zəhəri yoxlanılıb. Bal arısının əsas komponenti olan melittin zəhərinin tək bir konsentrasiyasının laboratoriyada bir saat içərisində aqressiv döş xərçəngi hüceyrələrini öldürdüyü, digər hüceyrələrə isə minimal ziyan vurduğu təsbit edilib. Alimlər, dozanın artırılması halında, toksikliyin-zəhər miqdarının artdığını vurğulayıblar.

Mütəxəssislər sintetik olaraq istehsal edilə bilən mellittinin təkbaşına xərçəng hüceyrələrinin böyüməsini maneə olduğunu kəşf ediblər. Bu, həyəcanverici kəşf kimi arakterizə olunsa da, alimlər mövzu ilə əlaqədar daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.

Daha əvvəl arı zəhərində melanoma (dəri xərçəngi) kimi digər xərçəng növünə qarşı maddələr olduğu da aşkar edilib.

Dİgər xəbərlər