Milyarderin keçmiş arvadı dünyanın ən zəngin qadını oldu
03 sentyabr 2020 19:47 (UTC +04:00)

Milyarderin keçmiş arvadı dünyanın ən zəngin qadını oldu

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makenzi Skot dünyanın ən zəngin qadını oldu. Onun hazırkı sərvəti 68 milyard dollar təşkil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Milyarder xanım 66,8 milyard dollar sərvətə malik olan "L'Oreal" kosmetika şirkətinin sahibi Bettankur-Mayersi qabaqlayaraq birinci pilləyə yüksəlib. Bununla da, iyulda M. Skot ABŞ-ın ən zəngin qadını statusuna yiyələnib.

Qeyd edək ki, Skot ötən ilin iyul ayında Ceff Besozdan boşandıqdan sonra dünyanın ən böyük onlayn pərakəndə satış platforması sayılan "Amazon"un 4 faizinə sahib oldu. Rəsmi boşanma zamanı səhmlərin qiyməti 38,3 milyard dollara bərabər olsa da, pandemiya dövründə kəskin artım qeydə alınıb.

Xatırladaq ki, Ceff Bezosun özünün hazırkı sərvəti 207 milyard dollardır. O, bu cür statistikanın aparıldığı müddət ərzində sərvəti 200 milyard dolları ötən ilk insan oldu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5696

Oxşar yazılar