İbrahim Tatlısəs geri qayıdır
03 sentyabr 2020 12:38 (UTC +04:00)

İbrahim Tatlısəs geri qayıdır

Sağlamlığı ilə əlaqədar illərdir ekranlara çıxmayan İbrahim Tatlısəs, “İbo Şou”su ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Tatlısəsin proqramının yayımlanacağı kanal açıqlanıb.

Silahlı bir hücum səbəbiylə illər öncə ekranlardan uzaq qalan məşhur “İmperator” ləqəbli İbrahim Tatlısəs yenidən ekranlara qayıdır.

'İbo Şou' ilə pərəstişkarlarıyla görüşəcək Tatlısəs 'proqramının detalları da bəlli olmağa başlayıb.

Məlumata görə, “Global Media”da hazırlanan proqram, Star TV ilə razılaşdırılıb. Uzun müddətdir İzmirdə yaşayan sənətçi proqramı çəkmək üçün İstanbula gələcək.

Digər tərəfdən proqrama hər həftə yeni qonaqlar dəvət ediləcək. Tatlısəs tezliklə çəkilişlərə başlayacaq.

Keçən yanvar ayında mövzu ilə əlaqədar bir açıqlama verən İbrahim Tatlısəs demişdi: "Mən də bu müjdəni verə bilərəm. 'İbo Şou' yaxınlarda başlaya bilər. İnsanlar bunu çox istəyir. Yalnız “otur” deyirlər. Oturmayacağam, mahnı da oxuyacağam. Buna da inandım. gəldim, "səsim iflic deyil".

 

# 3094
avatar

Oxşar yazılar