Peşə təhsilinə qəbulun II mərhələsi nə vaxt başlayacaq? - RƏSMİ
03 sentyabr 2020 10:37 (UTC +04:00)

Peşə təhsilinə qəbulun II mərhələsi nə vaxt başlayacaq? - RƏSMİ

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun birinci mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbuluna ayrılan vaxt başa çatıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qısa müddətdə boş qalmış yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək.

I mərhələdə olduğu kimi,  II mərhələdə də elektron qaydada qeydiyyatdan keçməklə müraciət ünvanlamaq mümkündür.  Bu mərhələ üzrə qəbulun başlama zamanı və qəbul şərtləri barədə yaxın günlərdə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1441

Oxşar yazılar