"Biz çəkdiyimizi heç kimə arzulamıram" - Azərbaycanlı rəqqasə
03 sentyabr 2020 09:15 (UTC +04:00)

"Biz çəkdiyimizi heç kimə arzulamıram" - Azərbaycanlı rəqqasə

Azərbaycanlı rəqqasə Rəna Ağamuradova (Renka) sosial şəbəkədə atasının ölümü barədə yazıb. Lent.az-ın məlumatına görə, rəqqasə bu sözləri qeyd edib:

"Covid19-a mən də inanmırdım. Amma başıma nələr gəldi. İnsanlar, inanın, qorunun. Kaş ac, işsiz-gücsüz, problemlər içində evdə oturardım, amma bunu yaşamazdım. Biz çəkdiyimizi heç kimə arzulamıram. Çox şeylər eşitdim, oxudum. Dedilər ki, reklam üçün yalandan edir, əcəb olub. Sizin görəsən, ürəyiniz var? O sözləri deyənlər görəsən insandırlar? Sizlərə insan da deyə bilmirəm.

Qorunun, özünüzü pis hiss edən kimi həkimə gedin. Həkimlər çox əziyyət çəkir, 8 saat o paltarda qalırlar. Üst-üstə iki maska taxırlar, 4 aydır evlərinə getmirlər. Susuz, yeməksiz oradadırlar. Həkimlər, əziyyətinizi halal edin. Avqustun 5-dən evdəyəm".

# 8767
avatar

Yalçın UĞUR

Oxşar yazılar