Xəbər verdiyimiz kimi, bu gün müəllimlərin işə qəbulu üzrə riyaziyyat fənnindən test imtahanları keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, keçirilən imtahanda Kərimova Günel maksimum 60 balı toplaya bilib.
Qeyd edək ki, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilən imtahanlarda 3 330 namizədin iştirakı nəzərdə tutulmuşdu.