1125
14:50
02 Sentyabr 2020

Rezidenturaya qəbula hazırlaşanlara MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının II mərhələsinə hazırlaşan namizədlərə müraciət edib.

DİM-dən Lent.az -a verilən məlumata görə, mərkəzin otk.az portalına rezidenturaya qəbul imtahanının II mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) üzrə ayrı-ayrı istiqamətlərə aid yeni sınaq imtahanı əlavə edib. Namizədlər imtahana buradan yazıla bilərlər.

Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil edə, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq mümkündür.

Dİgər xəbərlər