Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən paytaxt ərazisində kirayə yaşayan Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan Ağcəbədi rayon sakini Rəşadət Hacıyev saxlanılıb. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan əlavə olaraq 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.