Avqustun 30-da Nizami rayonu ərazisindəki fotostudiyaların birindən 3550 manat oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini P.Muxtarov saxlanılıb.