09:54
01 Sentyabr 2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 1510 nəfərə çatdı

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1510 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5828 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1243 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir.

Dİgər xəbərlər