"Kişilər niyə əzilib-büzülür?" - Azərbaycanlı müğənni - VİDEO
01 sentyabr 2020 09:17 (UTC +04:00)

"Kişilər niyə əzilib-büzülür?" - Azərbaycanlı müğənni - VİDEO

 Müğənni Çingiz Mustafayev “Ayaqüstü söhbət” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı proqramda bir sıra açıqlamalar verib. O sosial şəbəkədən aşırı istifadə edən qız və oğlanları qınayıb:

"Qadınlar gündə beş dəfə bəzi yerlərini çəkib göstərirlər. Bu, adiləşməyə doğru gedir. İstəmirəm... Belə getsə, kişilərimizi də itirəcəyik. Baxırsan cavan qadın canlı yayım açıb, söyüş söyür, siqaret çəkir. Bir oğlan bütün günü "Tik-tok"da kamera qoyub, göz süzdürür, dodaq dişləyir. Bu kişi bunu niyə edir? Kişilər niyə əzilib-büzülür? Neçə ildir səhnədəyəm, heç vaxt kamera açıb əzilib-büzülməmişəm. Kişinin bu cür etməsi estetik görünmür. 

Cəmiyyətimizdə, mədəniyyətimizdə çatışmayan dəyərlərdən bəhs etmişəm. Dekolte geyinib restorana getmək olar. Amma dekolte geyinib, yarım kiloqram makiyaj edib fitnesə və çimərliyə getmək normal deyil. İstəmirəm qadınlarımız dəyərdən düşsün və kişilər metroseksual olsun. Metroseksual o deməkdir ki, bütün günü baş darayıb, qaş qırxıb, özünə aşırı baxsın. Dəyərimizi bilək, özümüzü satmayaq.

Qadınlara deyirəm ki, təhsil alın, öz ayaqlarınızın üstündə durun. Şiddət görəndə ayağınız üstündə durmağı bacarasınız".

# 4717
avatar

Yalçın UĞUR

Oxşar yazılar