01:09
30 Avqust 2020

Bakı sakini bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə İnşaatçılar metro stansiyasının çıxışında qeydə alınıb.

1986-ci il təvəllüdlü Əlizadə Ziya Sadiq oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər