14:31
29 Avqust 2020

® "Azercell"in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

Müasir texnologiyaların təqdim etdiyi sonsuz imkanları abunəçiləri üçün əlçatan etməyi hədəfləyən “Azercell Telekom” ilin əvvəlindən bu günə kimi rəqəmsal məhsullar çeşidini əhəmiyyətli dərəcədə zənginləşdirdi. Yeni mobil tətbiqlər vasitəsilə istifadəsi mümkün olan müxtəlif rəqəmsal həllər fərqli zövq və tələbatlara uyğun şəkildə abunəçilərin maraqlarını qarşılamaqda və gündəlik həyatı asanlaşdırmaqda davam edir.

Qeyd edək ki, ötən illə müqayisədə “Azercell” Rəqəmsal Həllərindən istifadə edən abunəçilərin sayı 35% yüksələrək 500 000 nəfərə çatıb və bu rəqəm artmaqda davam edir.

Abunəçilərə öz nömrəsinə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verən “Azercell”in “Kabinetim” özünəxidmət tətbiqi Azərbaycanda “Biznes” kateqoriyasında ən çox yüklənilən proqramlardan biri kimi qeydə alınıb. Belə ki, hazırda 270 000-dən artıq abunəçinin istifadə etdiyi “Kabinetim” mobil tətbiqi “App Store” və “Playstore” statistikası üzrə ən yüksək pillələri tutmaqdadır.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu ilk aylardan etibarən “Azercell” abunəçilərin sosial təcrid şəraitində zamanlarını səmərəli keçirə bilmələri üçün rəqəmsal həllərin çeşidini artırmaqla yanaşı, onların istifadəçiləri üçün müxtəlif endirimli kampaniyalar da tətbiq etdi.

Belə ki, bütün musiqisevərlər “Azercell”in “Zvuk” tətbiqində aylıq paketə qoşulmaqla mobil internetə əlavə heç bir ödəniş etmədən xidmətdən tam limitsiz istifadə imkanından faydalandı. Hazırda dünya musiqisi ilə yanaşı “Zvuk” mobil tətbiqinə böyük həcmdə müxtəlif janrlı Azərbaycan dilli musiqi məzmunu da yüklənilib.

Eyni anda 12 xarici dil öyrənmək imkanı verən dünyaca məşhur “Busuu” tətbiqinin aylıq paketi 50% endirimlə “Azercell” abunəçilərinin ixtiyarına verildi. Həmçinin, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı və şəhid ailələrindən olan, eləcə də autizmdən əziyyət çəkən minə yaxın məktəbliyə “Azercell” 6 aylıq pulsuz “Busuu” xarici dil kurslarını hədiyyə etdi.

Abunəçilərin sevdiyi serialları asanlıqla smartfondan izləməyə imkan verən “BluTV” və 200-dən artıq dünyanın ən baxımlı kanallarını seyr etməyə şərait yaradan “NNTV” tətbiqləri isə abunəçilər arasında istifadə müddətinə görə rekord hədlərə çatan proqramlardır. “NNTV” xidmətinin yeni “Sports” (“İdman”) paketinə abunə olmaqla idman azarkeşləri ən populyar matçlar və idman yarışlarını seyr edə bilir. Bundan əlavə “NNTV Kids” paketində “Disney”, “Boomerang”, “Cartoon Network”, “Nickelodeon HD”, “TRT Cocuk”, “Detskiy mir”, “Karusel”, “Discovery Channel HD” kimi ən məşhur kanallara baxmaq olar. Paketə daxil edilən kanalların müxtəlifliyi uşaqların həm əylənməsi, həm də maariflənməsinə imkan verir.

“Azercell”in təklif etdiyi müxtəlif məzmunlu rəqəmsal xidmətlərə “Kabinetim” özünəxidmət tətbiqi vasitəsilə asanlıqla abunə olmaq mümkündür. Ətraflı məlumat: www.azercell.com/az/.

Dİgər xəbərlər