"Sözümü geri götürdüm, alınmır, olmur" - Pərvin Abıyeva
28 avqust 2020 14:56 (UTC +04:00)

"Sözümü geri götürdüm, alınmır, olmur" - Pərvin Abıyeva

"Keçən il oktyabrda ailə quracağımı dedim, amma sözümü geri götürdüm. Alınmır, olmur".
Bu sözləri aktrisa Pərvin Abıyeva "10-da görüşək" proqramında deyib. O, bir il əvvəl 30-yaşında ailə quracağı haqda verdiyi açıqlamadan bəhs edib.

Pərvin aparıcının "O vaxt sevgilin var idi deyə, demişdin. İndi yoxdur" sözlərinə belə cavab verib:

"Tutaq ki, sevgilin var, ona ümid verirsən. Sənətindən, kimliyindən asılı olmayaraq ona bunu deyirsən ki, səninlə ailə qururam. Çıx efirdə de. Artıq ailə də tanış olub, şadlıq evi də danışılıb. Özbaşına o müsahibəni verərməmişdim.

Qarşı tərəf ümid verib, söz vermişdi, mən də dedim. Necə mən 30 yaşımda ailə quracağımı dediyim sözü yedim, o da o cür. Sonda olmadı. Amma yaxşı da ki, olmadı".

(Axşam.az)

# 6310
avatar

Oxşar yazılar