11:58
28 Avqust 2020

Yük maşını ilə piyadanı vurub öldürdü

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, avqustun 27-də saat 19 radələrində rayonun Əmrah kəndi ərazisində X.Bayramov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolun kənarında dayanmış Bərdə rayon sakini Akif Aslanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər