01:30
28 Avqust 2020

Ukrayna XİN-dən Putinin Krıma səfərilə bağlı KƏSKİN ETİRAZ

"Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Krıma növbəti icazəsiz səfəri ilə əlaqədar kəskin etirazını bildirir".

APA "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə nazirliyin Facebook hesabında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, Ukrayna bu səfəri Rusiya tərəfinin Ukraynanın dövlət suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozması kimi qiymətləndirir.

Dİgər xəbərlər