15:19
27 Avqust 2020

Qaçqın qadın acından öldü - İNGİLTƏRƏDƏ

Dünyanın beşinci böyük iqtisadiyyatına sahib olan Britaniyada ugandalı qaçqın qadın aclıqdan ölüb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün İngiltərə ac olan uşağının yanında ölü vəziyyətdə tapılan qadından danışır.

Şotlandiyadan sığınacaq istəyən Məryəm Baguma adlı qadın aclıqdan ölmək ürzə olan bir yaşlı uşağının yanında ölü tapılıb.

Şəhər polisi ağlayan körpənin səsini eşidib və daxil olduğu mənzildə 34 yaşlı qadının cəsədi ilə qarşılaşıb.

Ölümün dəqiq səbəbi hələ ki məlum deyil.

Qaçıqnlara yardım edən özəl bir təşkilat qadının oturma icazəsinin başa çatmasından sonra işsiz qaldığını açıqlayıb. Onun sığınacaq almaq üçün müraciət etdiyini və səfalət içində yaşadığı da bildirilib.

Açıqlamaya görə, vilayətin oturma izni verən sistemində problem olub və yenilənmə aparılması üçün müvəqqəti işləməyib. Ölü tapılan qadının yanındakı körpə isə aclıqdan halsız vəziyyətdə olub.

Dİgər xəbərlər