1837
10:11
27 Avqust 2020

Bu rayonda qaz kəsiləcək - SƏBƏB

Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.

"Azəriqaz"dan Lent.az -a verilən məlumata görə, "Qaz İxrac" İdarəsi "Daşkəsən" Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. Bununla bağlı olaraq avqustun 27-28 -də Daşkəsən rayonunun qaz təchizatında dayandırmanın olacağı gözlənilir.

Təmir işlərinin gedişindən asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı avqustun 27-də gün ərzində bərpa edilə bilər.