Bakıda minik maşını yük avtomobilinə çırpıldı - FOTO
27 avqust 2020 05:45 (UTC +04:00)

Bakıda minik maşını yük avtomobilinə çırpıldı - FOTO

 

Bakının Nizami rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

Məlum olub ki, "VAZ 2107" markalı avtomobil geriyə doğru hərəkət edən zaman sürücü Çingiz Əliyevin idarə etdiyi "Opel" markalı avtomobil ona dəyib və idarəetmədən çıxaraq içərisində yük olan "QAZel" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052

Oxşar yazılar