12:35
26 Avqust 2020

Millidə oynamaqdan imtina etdi


Almaniyanın II Bundesliqa klubu “Aue”də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinə yollanmaqdan imtina edib.

Apasport.az saytı xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü Almaniya mətbuatına açıqlamasında məlumat verib.

Nazarov yığmamızın sentyabrda Millətlər Liqasının 2020/21 mövsümünün ilk iki matçı üçün Bakıya yollanmaqdan boyun qaçırıb. O, buna səbəb kimi, koronavirus pandemiyasından çəkindiyini göstərib: “Dəvət aldım, amma uçmuram. Koronavirus yoluxmaları çoxdur. İnsan təhlükəsizliyi ilk sırada gəlir. Bu səbəbdən millinin məşqçisi ilə qərara aldıq ki, bu dəfə evdə qalım. İndiki durumda Azərbaycana yollanmaq risklidir. Üstəlik, uçuşlarla bağlı da çətinliklər var”.

30 yaşlı hücumameyilli oyunçu yığmanın oktyabrdakı rəsmi matçlarında da iştirak etməyə bilər. O, həmin vaxt situasiyaya uyğun addım atacağını söyləyib: “Vəziyyət nə vaxt yüngülləşsə, yığmaya qayıda bilərəm”.

Qeyd edək ki, C liqasının 1-ci qrupu çərçivəsində sentyabrın 5-də Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra Nikosiyada Kiprin qonağı olacaq.

Dİgər xəbərlər