Mədəniyyət Nazirliyində iki şöbəyə TƏYİNAT
25 avqust 2020 15:53 (UTC +04:00)

Mədəniyyət Nazirliyində iki şöbəyə TƏYİNAT


Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirlyindən Lent.az verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İlkin Nəsibovun bu vəzifəyə təyin olunması barədə əmr imzalayıb.

Anar Kərimovun digər əmrinə əsasən, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Anar Kərimovun müvafiq əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Nərgiz Abdullayevaya həvalə edilib.

# 3604
avatar

Oxşar yazılar