Azərbaycanda 18 nəfər həbsxanadan qaçıb - STATİSTİKA
25 avqust 2020 13:42 (UTC +04:00)

Azərbaycanda 18 nəfər həbsxanadan qaçıb - STATİSTİKA

Azərbaycanda ötən il cəzaçəkmə müəssisəsindən 18 nəfər qaçıb.

APA-nın Dövlət Statistika Komitəsinin saytında istinadən verdiyi məlumata görə, cəzaçəkmədən qaçanların sayı 184, istintaq və məhkəmədən yayınanların sayı isə 4967 nəfər olub.

Cəzaçəkmə müəssisəsindən qaçanlardan 3-ü, cəzaçəkmədən qaçanların 164-ü, istintaq və məhkəmədən yayınanlardan isə 3482 saxlanılıb.

# 14026
avatar

Oxşar yazılar