Türkiyənin Giresun bölgəsində yağan leysan yağışlardan yaranan sel ağacları, önünə keçən digər əşyaları yuyub Qara dənizə toküb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dənizin üzərini tamamilə örtən ağacları əhali istifadə üçün yığmağa başlayıb. Əşyaların isə seldən zərər görən insanlara paylanacağı açıqlanıb.