691
13:05
25 Avqust 2020

Anatoli Torkunov “Dostluq” ordeni ilə təltif edildi

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Anatoli Vasilyeviç Torkunov “Dostluq” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.