09:27
25 Avqust 2020

Bakıda 54 yaşlı kişinin evdə meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Lent.az -ın nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 54 yaşlı Həsənov Natiq Kərim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Dİgər xəbərlər