11395
09:15
25 Avqust 2020

Koronavirusun müalicəsi üçün sürpriz dərman tapıldı

Son xəbərlərə görə. yüksək qan təzyiqinin müalicəsində istifadə edilən bir dərman vasitəsinin yeni bir növ koronavirusu (COVID-19) infeksiyasının yüngül keçməsini və sağ qalma səviyyəsini artırmasını təmin etdiyi aşkar edilib.

Lent.az xarici KİV-ə istiadla xəbər verir ki, İngiltərədəki East Anglia Universiteti tərəfindən edilən araşdırma çərçivəsində 28 min xəstəni əhatə edən və qan təzyiqi üçünı olan bir dərman ilə COVID-19 arasındakı 19 araşdırmanın nəticələri qiymətləndirilib.

Mütəxəssislər, angiotensin çevirici ferment (ACEi) inhibitorları və ya angiotensin reseptor blokerlərini (ARB) qəbul edən insanların şiddətli ötürülmə və virusdan ölüm riskini azaltdıqlarını qeyd ediblər.

Universitetin Norviç Tibb Məktəbindən doktor Vassilios Vassiliou deyib ki, ürək-damar xəstəlikləri olan xəstələrin, xüsusilə COVID-19 infeksiyası keçirmə riski olduğunu bilirik: “Lakin epidemiyanın əvvəlində yüksək qan təzyiqi üçün istifadə edilən bəzi dərmanların COVID-19 xəstələrində daha pis nəticələrlə əlaqələndirilə biləcəyinə dair narahatlıqlar var. insanlara təsirini aşkar etmək istədik".

Vassiliou araşdırmada, ACEi / ARB dərmanlarını qəbul edən COVID-19 olan yüksək qan təzyiqi xəstələrinin bu dərmanları qəbul etməyənlərə nisbətən kritik və ya ölümcül nəticələrlə qarşılaşma ehtimalının az olduğunu söyləyib.

Araşdırmanı Norfolk və Norvich Universiteti Xəstəxanasının da dəstəklədiyi qeyd edilir.

Dİgər xəbərlər