11:56
24 Avqust 2020

Sel fəlakərti: 8 nəfər öldü

Türkiyənin Giresun vilayətində sel fəlakəti yaşanır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağan leysan yağışlardan sonra yaranan sel 8 insanın həyatına son qoyub. İtkin düşən daha 8 insanın axtarışları isə davam etdirilir.

Giresunda baş verən sel fəlakəti bölgənin Dərəli, Doğankənd, Yağlıdərə rayonlarına böyük ziyan vurub.

Sel Tirebolu Doğankənd yolunda çökməyə səbəb olub. Yağlıdərə rayonundakı dərə kənarındakı evlər boşaldılıb. Çətin vəziyyətdə qalan 153 nəfər qurtarılıb.

98 kəndin yolu bağlanıb.

Dİgər xəbərlər