901
10:26
24 Avqust 2020

24 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi


Əliyar Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılır.

Bakı Nəqliyyat Agentliyindən APA -ya verilən məlumata görə, bu səbəbdən 24 nömrəli marşrutun N.Nərimanov m/st-dan Bakıxanov qəsəbəsi istiqamətində hərəkət sxemində müvəqqəti dəyişiklik edilərək Təbriz - A.Nemətulla - Y.V.Çəmənzəminli – Ə.Əliyev küçələri ilə təşkil edilib.