3435
08:22
22 Avqust 2020

Koronavirusun mutasiyası müəyyənləşdirilir: XÜSUSİ İŞÇİ QRUPU yaradıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün təcili xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Maria Van Kerkxove cümə günü keçirilən brifinqdə deyib.

Qrupun rəhbəri bildirib ki, mutasiyanın müəyyən edilməsi üçün yaradılan xüsusi işçi qrupu hazırda sözügedən prosesin necə baş verməsini, onunla davranmanın optimal yollarını araşdırır.

Maria Van Kerkxove əlavə edib ki, COVID-19-un mutasiya dövründə hansı təsirə malik olmasını müəyyənləşdirmək məqsədilə daha çox araşdırma tələb olunur.

Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 22,2 milyondan çox koronavirusa yoluxma hadisəsi aşkar edilib, 782 mindən çox insan ölüb.

Dİgər xəbərlər