18:40
20 Avqust 2020

Trampın sabiq müşaviri dələduzluq ittihamı ilə həbs edildi


ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri və Ağ Evin baş strateqi hesab olunan Steve Bannon dələduzluq ittihamı ilə həbs olunub.

APA-nın "CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bannon üç şəriki ilə birlikdə saxlanılıb.

Məlumata görə, Bannon və digərləri ABŞ-Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə "Biz Divar Tikirik" kampaniyası başladaraq donorlardan 25 milyon dollardan çox pul toplayıb.

Dİgər xəbərlər