13:49
18 Avqust 2020

İki kütləvi məzarlıq aşkarlandı - 100-DƏN ÇOX CƏSƏD...

Ruandanın paytaxtı Kiqalidə 1994-cü ildə baş vermiş soyqırıma aid olan iki kütləvi məzarlıq aşkar olunub.

Lent.az xəbər verir ki, kütləvi məzarlıqlar vaxtilə ölkədə soyqırımı həyata keçirən İnterahamwe "(Ruanda İnterahamwe - "birlikdə hücum edənlər") adlı ekstremistlərdən ibarət silahlı milis qrupunun üzvlərindən birinin evinin arxa bağçasında aşkarlanıb.

İndiyə kimi məzarlıqdan 100-dən çox insanın cəsədinin çıxarıldığı açıqlanıb. Qurbanların evdən bir neçə metr kənarda yollarının kəsilməsi nəticəsində öldürüldüyü ehtimal edilir.

Qyd edək ki, Ruanda Soyqırımla Mübarizə Komissiyasının açıqlamalarına görə, 2018-2019-ci illərdə ölkənin müxtəlif yerlərindən 1994-cü ildə soyqırma məruz qalanlara məxsus 118 min insan cəsədi tapılıb. Xarici qüvvələrin ölkədə etnik qruplar arasında qızışdırdıqları münaqişələr nəticəsində hutular 1994-cü ilin aprel ayında ölkədə yaşayan digər bir etniklər-tutsilərə qarşı başlatdıqları soyqırım nəticəsində təxminən 800 min ruandalı həyatını itirib.

Dİgər xəbərlər