2205
11:57
18 Avqust 2020

Bu müəllimlərin imtahanda iştirakına icazə verilməyəcək - RƏSMİ

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərə müraciət edib.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin şəxsi səhifələrində qeyd olunan vaxtdan 1 saat əvvəl imtahan təşkil ediləcək mərkəzdə olması vacibdir: “Namizədlərin nəzərinə çatdırırıq ki, imtahan başlamazdan yarım saat əvvəl qeydiyyat başa çatır. Qeydiyyat prosesi başa çatdıqdan sonra imtahan mərkəzinə gələn namizədlərin imtahanda iştirakına icazə verilmir”.

Dİgər xəbərlər