Həmkəndlisinin təsərrüfatını yandırdı: bir uzunqulaq öldü
17 avqust 2020 12:50 (UTC +04:00)

Həmkəndlisinin təsərrüfatını yandırdı: bir uzunqulaq öldü

Şəki Rrayon Polis Şöbəsinə müraciət edən Kiçik Dəhnə kənd sakini T.Baqiyev avqustun 15-də saat 22 radələrində kənd ərazisində ona məxsus yardımçı təsərrüfatın qəsdən yandırılması nəticəsində 1500 ədəd ot bağlamasının yanmasını, 1 ulaq  və 70 ev quşunun tələf olmasını bildirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları müvafiq araşdırmalar aparıb.

Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

# 1834
avatar

Oxşar yazılar